ABŞ dollarının məzənnəsi sabit qalıb | Banco.az

ABŞ dollarının məzənnəsi sabit qalıb

Bu gün yanvarın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi sabit qalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,5626 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 6-da manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 7 yanvar 2016-cı il tarixi üçün 1,5626 müəyyənləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,10% və ya 0,0018 manat artaraq 1,6913 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,35% azalaraq 0,0208 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et