ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi azalıb | Banco.az

ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi azalıb

Banco.az-ın Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

Bu ilin iyun ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 792 mln. 258,7 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 8 mlrd. 298 mln. 501,8 min manat təşkil edib.

Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 377 mln. 263,8 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 5 dəfə azdır.

Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 414 mln. 994,9 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 5 ayında avro ilə əməliyyatların həcmi isə 1,8 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-may aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 363 mln. 52,5 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 641 mln. 772,5 min avro təşkil edib.

Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 221 mln. 944,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,3 dəfə azdır. Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 141 mln. 107,4 min avro alınıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.