Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-dən fiziki şəxslər tərəfindən cari ilin birinci rübündə Azərbaycana 14 milyon 415 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% (1 milyon 429 min dollar) azdır. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında göndərilən pul baratlarının həcmi 15 milyon 844 min dollar təşkil edib.
Qeyd edək ki, birinci rübdə ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,9% olub. 2023-cü ilin eyni dövründə bu göstərici 3,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!