Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-dən fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 milyon 981 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9% (9 milyon 61 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 57 milyon 42 min dollara bərabər olub.
Qeyd edək ki, 9 ayda ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!