ABŞ-də yeni tikililərin satışı son iki ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-də yeni tikililərin satışı son iki ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-də yeni tikilmiş yaşayış binalarının satışı oktyabrda əvvəlki ayla müqayisədə 17,3% azalaraq, illik ifadədə 610 min təşkil edib və son iki ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, oktyabrda ABŞ-də yeni mənzilin orta qiyməti bir il əvvəlki 417,5 min dollar ilə müqayisədə 437,3 min dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabr ayının sonunda satışa çıxarılan yeni tikililərin sayı 481 min olub. Bildirilir ki, indiki satış tempi ilə ABŞ-də bütün yeni tikililərin satışı 9,5 ay çəkəcəkdi. Mütəxəssislər ənənəvi olaraq altı aylıq göstəricinin balanslaşdırılmış bazardan xəbər verdiyinə inanırlar.

Qeyd edək ki, yeni əmlak ABŞ mənzil bazarının təxminən 10%-ni təşkil edir, lakin yeni ev satışları müqavilə imzalandıqdan dərhal sonra qeydə alınır, və bu, onları bazar şəraitinin daha uyğun göstəricisi edir.