Müəllif:Ayşən İmanova/Banco.az
Nümayəndələr Palatasının üzvü Pol Qosar ABŞ-nin keçmiş prezidenti Donald Trampın portretinin əks olunduğu 500 dollarlıq əskinasın yaradılması layihəsini təklif edib.
Banco.az xəbər verir ki, bu barədə “Fox Business” telekanalı xəbər yayıb.
Qosar hesab edir ki, yeni əskinasın dövriyyəyə buraxılması pula qənaət və alqı-satqı prosesini amerikalılar üçün daha rahat edəcək.
Konqresmen qanun layihəsini çərşənbə günü qanunverici orqana göndərib.
Məlumata görə, ABŞ-də artıq 500 dollarlıq əskinas buraxılıb və orada Amerikanın 25-ci prezidenti təsvir edilib. Bu əskinas sonuncu dəfə 1945-ci ildə çap edilib və 1969-cu ilə qədər dövriyyədə olub.
“Huffpost” portalı qeyd edir ki, ABŞ-da əskinas və sikkələrdə canlı insanların təsvirinə qadağa hələ 1866-cı ildə ABŞ Konqresi tərəfindən qoyulub. Belə ki, Qosar formalaşmış ənənəni pozaraq 150 ildən çox yaşı olan qanunu ləğv etməyi təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!