Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Throwflame” şirkəti "dünyanın ilk alov atan robot iti" “Thermonator” adlanan cihazın təqdimatını keçirib.
Banco.az xəbər verir ki, robot itin dörd ayağının hər birinə quraşdırılmış ARC alov qurğusu var ki, bu da ona alovları 30 fut (9 metr) məsafədən vurmağa imkan verir. Bundan əlavə, robot daxili lidar və lazer hədəfləmə sistemi ilə təchiz olunub ki, bu da döyüş vəziyyətlərində onun dəqiqliyini və effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Tərtibatçılar bildirir ki, “Thermonator” bir saat müstəqil işləyə və ya "Wi-Fi" və "Bluetooth" vasitəsilə smartfonla uzaqdan idarə oluna bilər.
Cihazı artıq rəsmi olaraq sifariş etmək mümkündür. Bu innovativ robotun ABŞ-da qiyməti 9420 dollar təşkil edir. Onu həm dövlət qurumları, həm də fərdi şəxslər ala bilər.
Qeyd edək ki, cihaz ABŞ-da federal olaraq qanunidir və odlu silah hesab edilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!