ABŞ-də “Tesla” ilə bağlı araşdırmalara başlanılıb | Banco.az

ABŞ-də “Tesla” ilə bağlı araşdırmalara başlanılıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) biri ölümlə nəticələnən dörd qəzadan sonra özünüidarə proqram təminatı (Full Self-Driving) ilə təchiz edilmiş 2,4 milyon “Tesla” avtomobilini yenidən yoxlayacaq.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, 2016-2024-cü ilin istehsalı olan “Tesla S” və “Tesla X”, 2017-2024-cü illərin “Tesla 3”, eləcə də 2020-2024-cü illərin “Tesla Y” modelləri və 2023-2024-cü illərdə istehsal olunmuş “Cybertruck” elektrik pikapları yoxlanılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik qeyd edir ki, yoxlamanın nəticələrinə əsasən NHTSA bu avtomobillərin geri çağırılmasını tələb edə bilər.

NHTSA “Full Self-Driving” proqram təminatının texniki nəzarət vasitələrinin yollarda aşağı səviyyəli görüntü şəraitini aşkar etmək və onlara müvafiq reaksiya qabiliyyətini öyrənmək niyyətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et