Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Təhsil Departamenti keçmiş prezident Co Baydenin administrasiyası dövründə həyata keçirilən SAVE (Dəyərli Təhsilə Qənaət) proqramını dayandırıb.
Banco.az xəbər verir ki, rəsmi açıqlamaya görə, artıq yeni müraciətlər qəbul edilməyəcək və mövcud ərizələr rədd ediləcək.
Yeni qanun Respublikaçı ştatlarla qanuni razılaşmalar çərçivəsində həyata keçirilir və borcalanlar alternativ ödəmə planlarına yönəldiləcək.
Mütəxəssislər bildirirlər ki, proqramın ləğvi xüsusilə aşağı və orta gəlirli tələbələr üçün maliyyə çətinliklərini artıra bilər.
ABŞ-da təxminən 43 milyon insanın tələbə krediti borcu var və ümumi məbləğ 1,6 trilyon dolları ötür.
