ABŞ-də silah istehsalçısı təxminən 1 milyard dollar cərimələnib | Banco.az

ABŞ-də silah istehsalçısı təxminən 1 milyard dollar cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin ən böyük silah istehsalçısı “RTX Corporation”ın törəmə şirkəti olan “Raytheon” dələduzluq, korrupsiya və dövlət müqavilələrinin həddən artıq qiymət artımı iddiası ilə bağlı iş üzrə 950 milyon dollardan çox cərimə ödəyəcək.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

Sənədə əsasən, iqtidar “Raytheon”u dövlət müqavilələrinin qiymətlərini şişirtməkdə, ABŞ Müdafiə Nazirliyinə ikiqat hesab-faktura təqdim etməkdə və silahların qanunsuz ixracında ittiham edib.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə şirkət “Patriot” zenit-raket komplekslərinin və radiolokasiya stansiyasının tədarükü ilə bağlı fırıldaqda təqsirli bilinib. Bundan əlavə, şirkət işçilərinin Qətərdə məmura gəlirli müqavilələr əldə etmək üçün rüşvət verməkdə ittiham edilib. Bildirilir ki, bu bir neçə il davam edib.

ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində müxtəlif müqavilələrə 431,4 milyard dollar xərcləyib. Bu vəsaitin 24,1 milyard dollarını “RTX Corporation” alıb. Şirkət Pentaqonun əsas podratçıları arasında bu göstərici üzrə ikinci yeri tutub.

Ən sərfəli krediti almaq üçün müraciət et