Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Federal Ticarət Komissiyası (FTC) Amerikanın “Microsoft” korporasiyasına qarşı genişmiqyaslı antiinhisar araşdırmasına başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Qeyd olunur ki, şirkət bir ildən artıqdır ki, Amerika agentliyinin nəzarəti altındadır.
Bu müddət ərzində “Microsoft”un biznes tərəfdaşları və rəqibləri ilə qeyri-rəsmi söhbətlər aparılıb.
Komissiya həmçinin proqram təminatının lisenziyalaşdırılması və kibertəhlükəsizlikdən tutmuş süni intellektə (AI) qədər şirkətin fəaliyyətinin bütün aspektlərini araşdırıb. Nəticədə, FTC korporasiyaya bütün lazımi məlumatların təqdim edilməsi tələbini bildirən sorğu göndərib.
Qeyd edək ki, bundan əvvəl “Microsoft” istifadəçi sənədlərini oxumaqda şübhəli bilinib. Mütəxəssislərin diqqətini "Microsoft 365" xidmətinin süni intellektlə istifadəçilərin şəxsi məlumatlarına daxil ola biləcəyini bildirən istifadəçi müqaviləsi cəlb edib.