ABŞ-də elektrikli avtomobillərin satışı rekord həddə çatıb | Banco.az

ABŞ-də elektrikli avtomobillərin satışı rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-də elektrikli avtomobil satışları üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% artaraq 346,408 ədədə çatıb.

Banco.az xəbər verir ki, beləliklə, bir il əvvəlki 7,8% ilə müqayisədə hazırda ölkədə ümumi avtomobil satışının 8,9%-i elektrikli avtomobillərin payına düşür.

Bildirilir ki, böyümə tempi yavaşlasa da, ABŞ-də elektrik avtomobillərinin satışı artmaqda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

“Tesla” iyul-sentyabr aylarında satışlarını 6,6% (166,9 min avtomobilə qədər), “General Motors” - 4 dəfə (4,69 minə qədər), “Ford Motor” - 12,2% (23,51 minə qədər) artırıb. Eyni zamanda, “Bayerische Motoren Werke”  elektrik avtomobillərinin satışı 5,9% (12,31 minə qədər), “Volkswagen” - demək olar ki, 58% (4,52 minə qədər), “Volvo” isə - 50% (1,54 minə qədər) azalıb.

Qeyd edək ki, bu ilin doqquz ayında ABŞ-də elektromobillərin satışı 8,4% artaraq 946 143 ədəd təşkil edib.