ABŞ-də Çin avtomobillərinin satışı rekord həddə çatıb | Banco.az

ABŞ-də Çin avtomobillərinin satışı rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ötən ilin on bir ayı ərzində Çindən ABŞ-yə minik avtomobillərinin idxalı rekord həddə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Amerika statistika xidmətinin məlumatında deyilir.

Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Çindən ABŞ-yə minik avtomobili alışlarının ümumi həcmi 3,35 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65% çoxdur.

Bildirilir ki, bu rəqəm 1992-ci ildən başlayaraq bütün müşahidə dövrü üçün ən yüksək göstərici olub.

Ən sərfəli kredit üçün müraciət et

Noyabr ayının nəticələrinə görə, idxal 459,5 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin avqustundan bəri ən yüksək dəyərdir. Eyni zamanda, ötən ilin noyabr ayı ilə müqayisədə alış həcmi 4 dəfə, ay ərzində isə 15% artıb.

2024-cü ilin on bir ayı ərzində idxalın ən böyük payını həcmi 1500- 3000 kubsantimetr olan daxili yanma mühərrikli avtomobillər (1,73 milyard dollar), o cümlədən qar arabaları, qolf arabaları və analoji avtomobillər ( 917,8 milyon dollar), həmçinin hibrid avtomobillər (458,8 milyon dollar) təşkil edib.

Qeyd olunur ki, bu dövrdə Çin ABŞ-yə minik avtomobillərinin tədarükü üzrə onuncu yeri tutub. İlk beş təchizatçı Meksika (45,3 milyard dollar), Yaponiya (36,3 milyard dollar), Cənubi Koreya (34,8 milyard dollar), Kanada (26,2 milyard dollar) və Almaniya (22,7 milyard dollar) olub.