ABŞ-də bu tarixdə ciddi maliyyə çöküşü gözlənilir - Ekspert | Banco.az

ABŞ-də bu tarixdə ciddi maliyyə çöküşü gözlənilir - Ekspert

Müəlli:Gülbəniz Hüseynli/Banco.az

“ABŞ hakimiyyəti rəsmi inflyasiya rəqəmlərini bacardıqca aşağı qiymətləndirir. Onlar problemin müvəqqəti olduğunu vurğulasalar da,  əslində bu qlobal olaraq dollar sisteminin ən zəif nöqtəsidir”.

Banco.az xəbər verir ki, bu açıqlamanı məşhur rusiyalı iqtisadçı Mixail Xazin “Business Online”a müsahibəsində bildirib.

Ekspert hesab edir ki, bu gün Amerikada əsas faiz dərəcəsinin artırılmasına başlamaq mümkün deyil:

“Hesab edirəm ki,  bundan sonra ölkədə bütün sektorlarda real kütləvi iflas dalğası çox sürətlə başlayacaq. Eyni zamanda, nə Amerika ev təsərrüfatları, nə də ən böyük transmilli korporasiyalar mövcud kredit siyasəti çərçivəsində yığılmış borclara xidmət göstərə bilməyəcəklər.  Artıq struktur tənəzzülü dayandırmaq mümkün deyil. Maliyyə sisteminin çökməsi bu ilin yayın ortalarına qədər gözlənilir”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et