Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-də 2024-cü ildə rekord sayda – 327 şirkət rəhbəri öz vəzifəsini tərk edib.
Banco.az xəbər verir ki, bu barədə “Challenger Gray” konsaltinq şirkətinin məlumatlarına istinadən “Financial Times” (FT) yazıb.
Məlumata görə, istefa dalğası təyyarə istehsalçısı “Boeing”, texnologiya nəhəngi “Intel” və geyim istehsalçısı “Nike” da daxil olmaqla bir sıra iri korporasiyalara təsir edib.
Qeyd olunub ki, istefaların əsas səbəbi Donald Trampın prezident seçilməsi və yaxınlaşan inauqurasiya mərasimidir.
Respublikaçı Trampın xarici mallara yüksək idxal rüsumları tətbiq etməyi planlaşdırdığı açıqlaması bir çox rəhbəri narahat edib. Bəzi rəhbərlər, "bütün bunlarla üzləşməzdən əvvəl istefa verəcəyəm" kimi ifadələrlə öz mövqelərini izah ediblər.
Xatırladaq ki, buna bənzər rekord göstərici 2019-cu ildə, Trampın ilk prezidentliyi dövründə də qeydə alınmışdı - həmin il 312 rəhbər vəzifəsini tərk etmişdi.