ABŞ-dan Venesuela neft şirkətinə yeni sanksiya | Banco.az

ABŞ-dan Venesuela neft şirkətinə yeni sanksiya

ABŞ rəhbərliyi, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya yeni sanksiya tətbiq etmək qərarı verib.

ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya sanksiya tətbiq etmək qərarı verildiyi bildirilib.

Açıqlamada, qərarın, PDVSA-dan əldə edilən gəlirin Venesuela Prezidenti Nikola Maduroya getməsini əngəlləmək üçün verildiyi vurğulanıb.

PDVSA-nın ABŞ-dakı bütün vəsaitlərinin dondurulduğu qeyd edilən açıqlamada, Amerikalı şəxs və şirkətlərin PDVSA ilə iş görməsinin qadağan olunduğu da bildirilib.

ABŞ Xəzinə naziri Stivin Mnuçin, "ABŞ, müvəqqəti prezident Xuan Quaido, Venesuela Milli Məclisi və Venesuela xalqının demokratiyalarını yenidən qazanma səylərini dəstəkləmək üçün bütün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə davam edir",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Sanksiya qərarının, PDVSA-dan  əldə edilən gəlirin Maduro tərəfindən idarə edilməsinə mane olacağını vurğulayan Mnuçin, beləliklə həmin gəlirlərin Venesuela xalqı üçün qorunacağını iddia edib.

Mnuçin, sanksiyaların, ancaq hakimiyyətin Madurodan demokratik seçilmiş hökumət və müvəqqəti prezident Quaidoya keçdikcə ləğv ediləcəyini bildirib.

ABŞ Xəzinə Nazirliyi, 15 Fevralda, PDVSA-nın Baş direktoru, Milli Kəşfiyyat Xidmətinin rəhbəri və Dövlət Başçısı Nikola Maduronun Təhlükəsizlik Xidmətinin rəhbərinin də aralarında olduğu 5 venesuelalı rəhbərliyini sanksiya siyahısına daxil etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et