İranın inşaat sektoruna da sanksiya tətbiq edildi. Ölkə inşaat materiallarının xaricə satışında çətinliklər ilə üzləşə bilər
ABŞ rəhbərliyi, İranın inşaat sektoru və hərbi sahələrdə istifadə edilən bəzi əhəmiyyətli materialların ticarətini hədəf alan yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
ABŞ Xarici işlər naziri Mike Pompeo adından verlən yazılı açıqlamada, İran rəhbərliyinə sanksiya rejiminin sərtləşdirilməsinin davam edəcəyi vurğulanıb.
Pompeo açıqlamsında, İslam İnqilabı Keşikçiləri Korpusunun əlində və ya təsirində olduğu inşaat sektorunun hədəf alındığını qeyd edib.
Mike Pompeo, İranın nüvə və balistik mərmi proqramında istifadə edilən 4 materialın ticarətinin də sanksiya əhatəsinə daxil edildiyini qeyd edib.
Daha əvvəl ABŞ İranın neft ixracına, maliyyə sisteminə, Mərkəzi Bankına sanksiya tətbiq edib. ABŞ rəhbərliyi, İran lideri Ayətullah Əli Hamaneyini, Xarici işlər naziri Cavad Zərifi və İslam İnqilabı Keşikçiləri Korpusunu da sanksiya siyahısına əlavə etmişdir.
Marja