ABŞ-dakı bu şirkətlər artıq mənfəətlərini bölüşməli olacaqlar | Banco.az

ABŞ-dakı bu şirkətlər artıq mənfəətlərini bölüşməli olacaqlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da çip təşviqi alan şirkətlər artıq mənfəətlərini bölüşməli olacaqlar.

Banco.az xəbər verir ki, ABŞ-da prezident Co Baydenin administrasiyası yarımkeçirici istehsalı üçün 52,7 milyard dollarlıq dəstəyin də daxil olduğu təşviq proqramından qrant alan çip şirkətlərinin artıq mənfəətlərini bölüşməyi zəruri edib.

ABŞ Ticarət Nazirliyi ölkədə çip istehsalını və elmi araşdırmaları artırmaq üçün nəzərdə tutulan “CHIPS” qanunu çərçivəsində istehsal təşviqləri üçün müraciətlərin iyun ayının sonunda qəbul ediləcəyini açıqlayıb.

Nazirliyin bildirdiyinə görə, 150 milyon dollardan çox birbaşa maliyyə dəstəyi alan şirkətlər razılaşdırılmış həddən yuxarı əldə edəcəkləri mənfəətin bir hissəsini ABŞ hökuməti ilə bölüşməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ prezidenti Bayden tərəfindən 9 avqust 2022-ci ildə imzalanan “CHIPS” qanunu yerli yarımkeçirici istehsalını artırmaq və avtomobildən elektronikaya qədər bir çox sektorda istehsalda fasilələrə səbəb olan çip çatışmazlığını azaltmaq məqsədi daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et