Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da fabrik və zavod sifarişləri 2024-cü ilin noyabrında gözləniləndən çox azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı 2024-cü ilin noyabr ayına dair zavod və fabrik sifarişləri haqqında məlumatlara görə, ölkədə fabrik sifarişlərinin həcmi noyabr ayında əvvəlki ayla müqayisədə 0,4% azalaraq 586,1 milyard dollara enib.
Bazar proqnozları bu dövrdə fabrik sifarişlərinin 0,3% azalacağını göstərirdi. Fabrik sifarişləri 2024-cü ilin oktyabr ayında 0,5% artmışdı.
Hesabat dövründə davamlı mallara olan sifarişlər 1,2% azalarkən, davamlı olmayan mallara sifarişlər 0,4% artıb.
Fabrik və zavod sifarişləri ABŞ iqtisadiyyatında mühüm yer tutan sənaye sektorunun yaxın gələcəkdəki göstəricilərini dəyərləndirmək baxımından önəmli hesab olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!