ABŞ-da zavod-fabrik sifarişləri gözlənilən qədər artım göstərməyib | Banco.az

ABŞ-da zavod-fabrik sifarişləri gözlənilən qədər artım göstərməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mart ayı ərzində zavod-fabrik sifarişləri gözlənilən qədər artmayıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi mart ayı üzrə zavod-fabrik sifarişi məlumatlarını dərc edib.

Bu məlumatlara müvafiq olaraq, ölkədə zavod-fabrik sifarişləri mart ayında əvvəlki aya nəzərən 0,9 faiz artım göstərib.

Proqnozları doğrultmayan bu göstəricinin 1,1 faiz artacağı düşünülürdü. Ardıcıl iki aylıq geriləmədən sonra bərpa olunan zavod-fabrik sifarişləri fevral ayında 1,1 faiz azalmışdı.

Qeyd edək ki, zavod-fabrik sifarişləri ABŞ iqtisadiyyatında mühüm rol oynayan sənaye sektorunun yaxın gələcəklə bağlı perspektivlərini dəyərləndirmək baxımından əhəmiyyətlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram