"ABŞ-da yüksək faiz dərəcələri daimi ola bilər" | Banco.az

"ABŞ-da yüksək faiz dərəcələri daimi ola bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yellen: ABŞ-da yüksək faiz dərəcələri daimi ola bilər.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Canet Yellen ABŞ-da yüksək faiz dərəcələrinin daimi xarakter daşıya biləcəyini və ABŞ iqtisadiyyatının "yaxşı vəziyyətdə" olduğunu bildirib.

Lüksemburqda Aİ rəsmiləri ilə görüşə hazırlaşan ABŞ-ın maliyyə naziri “Sky News” telekanalına müsahibəsində ABŞ-ın dövlət borcunun idarə oluna biləcəyindən bəhs edib.

Yüksək faiz dövrünün davam edə biləcəyini ifadə edən Yellen, “Yüksək faizlər daimi ola bilər, ancaq bu, dəqiq deyil. Biz getdiyimiz maliyyə yolunda diqqətli olmalıyıq”, deyə əlavə edib.

İsrail-Həmas gərginliyi ilə bağlı dəyərləndirmələr aparan Yellen Yaxın Şərqdə artan gərginliyin qlobal iqtisadiyyatı tənəzzülə sürükləyəcəyini proqnozlaşdırmağın hələ tez olduğunu bildirib.

Yellen ABŞ-ın İsrailin hərbi ehtiyaclarını qarşılayacaq qədər güclü olduğunu və Rusiyaya qarşı Ukraynanın da dəstəklənməli olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram