ABŞ-da yenidən bank böhranı ilə bağlı narahatlıq yaranıb | Banco.az

ABŞ-da yenidən bank böhranı ilə bağlı narahatlıq yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“First Republic” bankı depozitlərinin birinci rübdə gözləniləndən çox azaldığını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın kommersiya bankı “First Republic Bank”in rüblük maliyyə hesabatı depozitlərin gözlənildiyindən daha çox azaldığını ortaya qoyub və bu, axır vaxtlar orta ölçülü banklarla bağlı narahatlıqları azalan investorları yenidən təşvişə salıb.

Ötən ay “Wall Street”in ən böyük banklarının ümumilikdə 30 milyard dollar depozit dəstəyinə baxmayaraq, “First Republic”in əmanətləri birinci rübdə 72 milyard dollar azalaraq 104,5 milyard dollara düşüb.

Bloomberg sorğusunda iqtisadçılar orta hesabla 137 milyard dollar proqnoz irəli sürmüşdülər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bank işçi qüvvəsinin 25 faizə yaxınını ixtisar edəcəyini, ödənilməmiş kredit qalıqlarını kəsəcəyini və digər vacib olmayan fəaliyyətləri dayandıracağını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et