ABŞ birjalarında son ticarət sessiyası ciddi itkilərlə yadda qalıb.
Prezident Tramp və onun Rusiya ilə əlaqələri mövzusunun yenidən aktuallaşması, impiçment ehtimallarının artması fonunda dollar əsas valyutalara qarşı xeyli ucuzlaşıb.
Belə ki, avroya nisbətdə son 6, yapon yeninə nisbətdə isə son 3 ayın ən aşağı həddinə düşən dollar digər valyutalar, o cümlədən Azərbaycan manatı qarşısında da geriləyib.
Asiya bazarlarının bugünkü sessiyasında dollar qismən itirilmiş mövqelərini bərpa etməyə çalışıb. Mühüm regional valyutalardan yalnız Avstraliya dolları müsbət dinamika nümayiş etdirib. Buna səbəb isə bu gün açıqlanan aprel ayında ölkə üzrə işsizlik səviyyəsinin (5,7%) gözləniləndən daha aşağı olmasıdır.
Qiymətli kağızlar bazarında isə vəziyyət daha acınacaqlı olub. ABŞ-ın başlıca fond indeksləri son 8 ayın minimum həddinə enib. Səhmlərin ucuzlaşması nəticəsində dünyanın ən varlı 500 adamı bir gün ərzində, bütövlükdə 35 milyard dollar itiriblər.
Ən çox itkiyə məruz qalan isə “Facebook”un təsisçisi Mark Zukerberq olub. Şirkət səhmlərinin 3,3% ucuzlaşması onun sərvətinin nə az, nə çox - düz 2 milyard dollar azalmasına səbəb olub. Mənfi tendensiya Asiya fond birjalarının bugünkü ticarət sessiyasında da davam edib.
Qeyd edək ki, Avropa fond indeksləri də son günü azalma ilə başa vurub. Okeanın o tayındakı siyasi proseslər köhnə qitəyə də öz mənfi təsirini göstərib.
Əmtəə bazarlarına gəlincə, dünən ABŞ-da xam neft ehtiyatlarının artması haqda məlumatların dərc olunması fonunda, bu gün Asiya ticarət sessiyası başlandıqdan sonra neft və qızılın qiymətlərində ucuzlaşma müşahidə olunur.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata əsasən, WTI markalı neftin bir bareli 48,89, Brent markalı neftin bir barreli 52,02, qızılın bir unsiyası isə 1260,72 dollara satılır.
Səudiyyə Ərəbistanı ilə Rusiya qara qızılın ucuzlaşmasının qarşısını almaq üçün hasilat həcmini nəzarətdə saxlasalar da, ABŞ-da hasilatın sürətlə artması və eləcə də, qlobal miqyasda alternativ enerji mənbələrinə keçid prosesi nəticəsində neftə olan tələbatın azalması qiymətlərin aşağı düşməsinə səbəb olur.
Valyuta birjaları (17.05.2017 ticarət gününün son qiymətləri)
Cütlük\Açılış\Maksimum\Minimum\Bağlanış
EURUSD - 1.1080, 1.1168, 1.1080, 1.1160
GBPUSD - 1.2914, 1.2988, 1.2905, 1.2972
USDCHF - 0.9858, 0.9858, 0.9773, 0.9784
USDJPY - 113.08, 113.08, 110.54, 110.72
Fond birjaları
Avropa Fond İndeksləri (17.05.2017)
İndeks\Göstərici\Dəyişiklik\Faiz
FTSE 100 7503.47, -18.56, -0.25
DAX 30 12631.61, -172.92, -1.35
CAC 40 5317.89, -88.21, -1.63
ABŞ Fond İndeksləri (17.05.2017)
İndeks\Göstərici\Dəyişiklik\Faiz
DJIA 20606.93, -372.82, -1.78
S&P 500 2357.03, -43.64, -1.82
NASDAQ 6011.23, -158.64, -2.57
Asiya Fond İndeksləri (18.05.2017 Bakı vaxtilə saat 7:30)
İndeks\Göstərici\Dəyişiklik\Faiz
NIKKEI 225 19473.73, -341.15, -1.72
HANG SENG 25215.75, -77.88, -0.31
ASX 200 5708.20, -77.83, - 1.35
Əmtəə birjaları (18.05.2017 Bakı vaxtilə saat 08:30)
Əmtəə\Göstərici\Dəyişiklik\Faiz
Neft WTI (NYMEX) 48.89, -018, -0.37
Neft Brent (ICE) 52.02, -0.19, -0.36
Təbii qaz (NYMEX) 3.21, +0.01, +0.41
Qızıl 1260.72, -0.64, -0.05
Mənbə: Oxu.az