ABŞ-da yeni mənzillərin satışı kəskin artım göstərib | Banco.az

ABŞ-da yeni mənzillərin satışı kəskin artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yeni mənzillərin satışı təxminən ötən ilin bir ilin pik həddinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar ayı üzrə yeni mənzillərin satış statistikasını açıqlayıb.

Buna görə, ölkədə mövsüm təsirlərindən kənarlaşdırılmış nəticələrlə yeni mənzil satışları yanvar ayında əvvəlki aya nəzərən 7,2 faiz artaraq 670 minə yüksəlib. Bu, 2022-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

Yeni mənzillərin satışı sözügedən dövrdə ötən ilin yanvar ayı ilə müqayisədə isə 19,4 faiz azalıb.

Qeyd edək ki, ABŞ-da keçən ay satışa çıxarılan yeni evlərin orta satış qiyməti əvvəlki ilə görə 0,7 faiz ucuzlaşaraq 427 min 500 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et