ABŞ-da yeni mənzillərin satışı artım göstərib | Banco.az

ABŞ-da yeni mənzillərin satışı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yeni mənzillərin satışı ötən bir ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, mart ayında yeni mənzillərin satışı illik müqayisədə 9,6 faiz artaraq 683 min ədəd olub. Proqnozlar 1,3 faiz azalma olacağına işarə edirdi.

Gözlənilməz artım mənzil krediti faizlərindəki azalmanın tələbi artırdığını əks etdirir. Orta mənzil qiymətləri isə illik  3,2 faiz artaraq 449 min 800 dollara dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram