ABŞ-da xidmət sektorunun fəaliyyəti zəifləyib | Banco.az

ABŞ-da xidmət sektorunun fəaliyyəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ISM xidmət indeksi 5 ayın ən aşağı səviyyəsinə geriləyib.

Banco.az xəbər verir ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutu (ISM) oktyabr ayı üzrə xidmət sektoru PMI məlumatlarını dərc edib.

Buna görə, ISM xidmət sektoru PMI göstəriciləri oktyabr ayında əvvəlki aya görə 1,8 bənd azalaraq 51,8 punkt olub. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta hesablamasına görə, indeks 53 punkt dəyərini almalı idi.

Xidmət sektorunda artımın zəiflədiyini göstərən indeks sentyabr ayında 53,6 punkt idi.

Oktyabr ayında istehsal indeksi aylıq 4,7 bənd azalaraq 54,1 punkta düşərkən, yeni sifarişlər indeksi 3,7 bənd artaraq 55,5 punkta yüksəlib. Bu dövrdə məşğulluq indeksi isə 3,2 bənd azalaraq 50,2 punkt olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram