ABŞ-da xaricilərə ev satışı 15 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-da xaricilərə ev satışı 15 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da xaricilərə ev satışı 54 min 300 ədədə qədər azalaraq 2009-cu ildən bəri ən aşağı səviyyəyə enib.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) xaricilərin ev investisiyalarına dair məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, 2023-cü ilin aprel-mart ayları ərzində ABŞ-da əcnəbilərə 54 min 300 ev satışı həyata keçirilib. Sözügedən satışlar illik müqayisədə 36 faiz azalmaqla 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu müddət ərzində əcnəbilər 42 milyard dollar dəyərində mənzil alıblar. Həmin dövrdə xaricilərin mənzil investisiyaları 21,2 faiz azalıb.

Xaricilərə satılan evlərin orta qiyməti 780 min 300 dollar təşkil edib ki, bu da indiyə qədər qeydə alınan ən yüksək qiymətdir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkələrin milliyyətlərinə görə, ən çox ev satışı Kanada, Çin, Meksika və Hindistan vətəndaşlarına edilib. Xaricilərin ən çox mənzil aldığı ştatlar isə Florida, Texas, Kaliforniya, Arizona, Corciya, Nyu-Cersi, Nyu-York və Şimali Karolina olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram