ABŞ-da xarici ticarət kəsiri kəskin şəkildə artıb | Banco.az

ABŞ-da xarici ticarət kəsiri kəskin şəkildə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da xarici ticarət kəsiri sentyabr ayında əvvəlki aya görə 19,2 faiz artıb.

Banco.az xəbər verir ki, məlumatlara görə, xarici ticarət kəsiri sentyabr ayında əvvəlki aya görə 13,6 milyard dollar və 19,2 faiz artaraq 84,4 milyard dollara çatıb.

İqtisadçıların proqnozu ölkənin sentyabr ayında 84 milyard dollarlıq xarici ticarət kəsiri olacağı istiqamətində idi.

Sentyabr ayında ixracat 267,9 milyard dollar hesablanıb. Bu rəqəm avqust ayı ixracından 3,2 milyard dollar aşağı səviyyəni təmsil edib.

Sentyabr ayı idxalı isə əvvəlki aya görə 10,3 milyard dollar artaraq 352,3 milyard dollara çatıb.

Sentyabrda malların xarici ticarət kəsiri əvvəlki aya görə 14,2 milyard dollar artaraq 109 milyard dollara yüksəlib. Xidmət sektorunda xarici ticarət kəsiri isə əvvəlki aya görə 0,6 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəlindən bəri mal və xidmət kəsiri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 69,6 milyard dollar və ya 11,8 faiz artıb. İxracın artımı 84,7 milyard dollar və ya 3,7 faiz olduğu halda, idxalın artımı 154,4 milyard dollar və ya 5,3 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram