Müəllif: Tamara Mustafayeva, Banco.az
İyun ayında ABŞ-da xarici ticarət kəsiri 2,5 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, xarici ticarət kəsiri iyun ayında 2,5 faiz azalaraq 73,1 milyard dollar olub.
İqtisadçıların orta hesablamaları 72,5 milyard dollar idi.
Ölkənin ixracatı iyun ayında 1,5 faiz artaraq 265,7 milyard dollara çatıb və son 4 ayın ən yüksək səviyyəsinə yüksəlib. Ölkənin idxalı da 0,6 faiz artaraq 339 milyard dollarla 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.
ABŞ-ın iqtisadi və siyasi əlaqələri həssas olan Çinə qarşı xarici ticarət kəsiri sözügedən dövrdə azalıb. Ölkənin Çin ilə ticarət kəsiri iyun ayında əvvəlki aya görə 6,7 faiz azalaraq 22,3 milyard dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!