ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərə təzyiq göstərir | Banco.az

ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərə təzyiq göstərir

ABŞ-da özəl sektor məlumatlarına görə, xam neft ehtiyatları artıb. Bu artım neft qiymətlərinə təzyiq göstərir.

Amerikan Neft İnstitutunin (API) hesabatına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 8.63 milyon barel artıb. Ehtiyatların 1,2 milyon barel azalması gözlənirdi. Neft ehtiyatlarına dair rəsmi məlumatlar Çərşənbə günü açıqlanacaqdır.

Dünən Yəməndən Səudiyyə Ərəbistanının neft nasos stansiyalarına dron ilə hücum edilmişdi. Dünyanın ən böyük neft ixracatçısı ölkələrarası ana neft kəmərini müvəqqəti bağlamaq məcburiyyətində qalmışdı.Hücumdan sonra neft qiymətləri yüksəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 10:15-də Brent nefti 0,4% ucuzlaşma ilə 70,98 dollardan alıcı tapıb. Qərb Texas neftinin (WTI) qiyməti 0.7% düşərək 61.33 dollara geriləyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et