Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən həftə ABŞ-ın kommersiya (satış məqsədli) xam neft ehtiyatlarında azalma qeydə alınıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 3 milyon 100 min barel azalaraq 436 milyon 800 min barelə gerilədiyini bildirib.
Eksperlər ehtiyatların təxminən 6 milyon barel azalacağını gözləyirdi.
Kommersiya xam neft ehtiyatlarına aid edilməyən strateji xam neft ehtiyatları isə 1 milyon 900 min barel azalmaqla 399 milyon 800 min barelə düşüb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları da 1 milyon 300 min barel azalaraq 206 milyon 600 min barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!