ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox azalıb | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ilin dekabr ayında ABŞ-da JOLTS iş yerlərinin sayı 7,6 milyon olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin 2024-cü ilin dekabr ayına aid JOLTS vakant iş yerləri statistikalarına görə ölkədə vakant iş yerlərinin sayı ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə 556 min azalaraq 7 milyon 600 minə enib.

Bazar proqnozlarından aşağı olan vakant iş yerlərinin sayının 8 milyon 10 min olacağı proqnozlaşdırılırdı.

Vakant iş yerlərinə dair 2024-cü ilin noyabr ayı göstəricisi 8 milyon 156 min olaraq qeydə alınmışdı.

Bu dövrdə vakant iş yerlərinin sayı peşəkar və ticarət xidmətləri, səhiyyə və sosial yardım, eləcə də maliyyə və sığorta sektorlarında azalıb, lakin incəsənət, əyləncə və istirahət sektorunda artıb.

Eyni dövrdə işə qəbul sayı 89 min artaraq 5 milyon 462 minə çatıb.

Ölkədə istefa və işdən çıxarılma daxil olmaqla işini tərk edənlərin sayı da bu dövrdə 38 min artaraq 5 milyon 269 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram