ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən çox olub.

Banco.az xəbər verir ki, ABŞ-da JOLTS vakansiyalarının sayı aprel ayında 10 milyon 103 minlə bazar proqnozlarını üstələyib.

ABŞ Əmək Nazirliyi aprel ayı üzrə JOLTS vakant iş yerlərinə dair məlumatları açıqlayıb.

Buna görə, ölkədəki vakant iş yerlərinin sayı aprel ayında əvvəlki ayla müqayisədə 358 min artaraq 10 milyon 103 minə çatıb. Nəticələrin 9 milyon 775 min səviyyəsində reallaşacağı gözlənilirdi.

Qeyd edək ki, sözügedən dövrdə vakant iş yerlərinin sayında artım müşahidə olunan sektorlara pərakəndə ticarət, səhiyyə və rifah, nəqliyyat, anbar təsərrüfatı və ictimai xidmətlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et