Müəllif: Tamara Mustafayeva, Banco.az
Sentyabr ayında ABŞ-da vakant iş yerlərinin sayı gözləniləndən az olub.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi tərəfindən sentyabr ayı üzrə JOLTS vakansiya məlumatları açıqlanıb.
Məlumatlar göstərir ki, ölkədə vakant iş yerlərinin sayı sentyabr ayında əvvəlki ayla müqayisədə 418 min azalaraq 7 milyon 443 minə düşüb. Avqust ayında bu göstərici 7 milyon 861 min idi.
2021-ci ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enən vakant iş yerlərinin sayının bu dövrdə 7 milyon 980 min olacağı proqnozlaşdırılırdı.
Bu dövrdə maliyyə və sığorta sektorlarında iş yerlərinin sayı artarkən, səhiyyə, rifah və təhsil istisna olmaqla, əyalət və yerli hökumətlərdə və federal hökumətdə azalıb.
Eyni dövrdə işə qəbul edilənlərin sayı isə 123 min artaraq 5 milyon 558 minə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!