ABŞ-da təqribən 2,6 milyon "Tesla" avtomobili yoxlanışdan keçəcək | Banco.az

ABŞ-da təqribən 2,6 milyon "Tesla" avtomobili yoxlanışdan keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da təqribən 2,6 milyon "Tesla" avtomobili yoxlanışdan keçəcək.

Banco.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) istifadəçilərin avtomobillərini uzaqdan hərəkət etdirməyə imkan verən xüsusiyyətlə bağlı qəza bildirişləri səbəbindən ABŞ-dakı təxminən 2,6 milyon “Tesla” avtomobilinə dair araşdırma başladıb.

NHTSA tərəfindən verilən açıqlamada bəzi “Tesla” avtomobillərində "Actually Smart Summon" adlanan xüsusiyyətin istifadəçilərə telefon tətbiqi vasitəsilə avtomobillərini təyin edilmiş bir yerə yönləndirməyə imkan yaratdığı qeyd olunub.

Bu xüsusiyyətin qəzalara səbəb olduğunu iddia edən bir şikayətin və oxşar qəzalarla bağlı üç xəbərin araşdırıldığı bildirilib. Açıqlamada dörd hadisədə də "Actually Smart Summon" xüsusiyyətinin dirəkləri və ya park edilmiş avtomobilləri aşkar edə bilməməsi səbəbindən qəzaların baş verdiyi müəyyən edilib.

Həmçinin açıqlamada istifadəçilərin telefon tətbiqi vasitəsilə avtomobilin hərəkətini dayandıraraq toqquşmanın qarşısını almaq üçün çox az reaksiya vaxtına malik olduğuna dair iddialara diqqət çəkilib və bu xüsusiyyətin araşdırılması üçün təhqiqat başladıldığı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Təxminən 2 milyon 585 min “Tesla” avtomobilinin araşdırılacağı bildirilən açıqlamada 2016-2025-ci il Model S, 2017-2025-ci il Model 3 və avtonom sürüş xüsusiyyətinə malik 2020-2025-ci il Model Y avtomobillərinin təhqiqata cəlb olunacağı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram