ABŞ-da tənəzzül riskinin lazımi səviyyədə qiymətləndirilmədiyi iddia edilib | Banco.az

ABŞ-da tənəzzül riskinin lazımi səviyyədə qiymətləndirilmədiyi iddia edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İki nəhəng istiqraz fondunun rəhbərləri də ABŞ-da tənəzzül riskinin lazımi səviyyədə qiymətləndirilmədiyini düşünürlər.

Banco.az xəbər verir ki, ABŞ fond bazarları iqtisadiyyatın mülayim eniş tempinə nail olacağı ümidilə “öküz bazarı”na daxil olsa da, istiqraz fondu rəhbərləri sərt tənəzzülün üfüqdə olduğuna dair xəbərdarlıq etməyə davam edir.

Məlumat üçün qeyd edək ki, “öküz bazarı” termini səhm dəyərinin yüksəlməsi və nikbinlik dövrünü ifadə edir.

Milyardlarla dollar dəyərindəki istiqrazları idarə edən “Fidelity” və “Allianz” istiqraz fondlarının rəhbərləri inflyasiya ilə mübarizə aparan mərkəzi bankların şahin mövqedə qalması ilə tənəzzül riskinin artdığını və mart ayında ABŞ-da baş verən bank iflaslarının daha böyük bir böhrandan xəbər verə biləcəyini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et