ABŞ-da təbii qazın qiyməti rekord vurdu | Banco.az

ABŞ-da təbii qazın qiyməti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

ABŞ-da təbii qazın qiyməti yeddi illik maksimuma yüksəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal enerji xərclərinin artması sektorda qiymətlərə təsir göstərməyə davam edir.

ABŞ-da təbii qaz fyuçersləri ehtiyatların azalmasına dair narahatlıqlar fonunda 2014-cü ilin fevral ayından sonra müşahidə edilən ən yüksək səviyyəyə çatıb.

Oktyabr fyuçersi Nyu-York (Nymex) əmtəə birjasında 5% bahalaşmaqla 5.98 dollara yüksəlib ki, fyuçers dünən 11% dəyər qazanmaqla 5.70 dollara çatmışdı.

Qeyd edək ki, qış aylarının sonuna doğru tələbin nə qədər artacağını göstərən mart və aprel fyuçersləri arasındakı qiymət fərqi isə 2005-ci ildən bəri ilin bu dövrü üçün qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram