ABŞ-da təbii qazın qiyməti mülayim qışın təsiri ilə ucuzlaşıb | Banco.az

ABŞ-da təbii qazın qiyməti mülayim qışın təsiri ilə ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da qazın qiyməti 2021-ci ilin mayından bəri ilk dəfə olaraq 3 dollardan aşağı düşüb.

Banco.az xəbər verir ki, ABŞ-ın təbii qaz fyuçersləri ölkədə qış aylarının mülayim keçməsi səbəbindən 2021-ci ilin may ayından bəri ilk dəfə olaraq 3 dollardan aşağı ticarət olunub.

Belə ki, Nyu-York birjasında təbii qazın fevral fyuçersi 1 milyon BTU (British Thermal Unit) üçün 2,919 dollara düşüb.

Xatırladaq ki, birjada təbii qazın qiyməti qış aylarında tələbatın ödənilməyəcəyi qorxusu ilə avqust ayında 14 ilin pik nöqtəsi olan 10,03 dollara qalxmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et