Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da “Starbucks” işçilərinin başlatdığı tətil bütün ölkəyə yayılıb.
Banco.az xəbər verir ki, ABŞ-ın “Starbucks” qəhvə şəbəkəsinin ilk dəfə Sietl, Los-Anceles və Çikaqo şəhərlərindəki baristalarının başlatdığı 5 günlük tətilə ölkənin müxtəlif bölgələrindəki şəhərlərdən gələn işçilər də qoşulub.
Şirkətdə çalışan 10 mindən çox baristanı təmsil edən “Starbucks Workers United”in sosial media hesabından tətillə bağlı açıqlama verilib.
Açıqlamada bildirilib ki, “Starbucks Workers United” baristalarının tətili şirkətin üç ən mühüm bazarı olan Sietl, Los-Anceles və Çikaqo ilə yanaşı, Nyu-Cersi, Nyu-York, Filadelfiya və Sent-Luis şəhərlərinə də yayılıb.
“Starbucks” işçiləri bildirirlər ki, şirkət dəfələrlə müqavilələrin ilin sonuna qədər imzalanacağına söz versə də, hələ də işçilərə ciddi iqtisadi təklif irəli sürməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!