Müəllif: Tamara Mustafayeva, Banco.az
Sentyabr ayında ABŞ-da şəxsi istehlak xərcləri proqnozlardan yuxarı olub.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi sentyabr ayı üzrə şəxsi gəlir və istehlak xərcləri məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə şəxsi gəlirlər sentyabr ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Bazar proqnozları bu dövrdə şəxsi gəlirlərin 0,4 faiz artacağı istiqamətində idi. Amerikalıların şəxsi gəlirlərindəki artım avqustda isə 0,4 faiz olub.
Şəxsi istehlak xərcləri qiymət indeksi də sentyabr ayında aylıq 0,4 faiz, illik isə 3,4 faiz artıb. Sözügedən məlumatlar avqust ayında aylıq 0,4 faiz, illik isə 3,5 faiz artım göstərmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!