ABŞ-da sənaye istehsalı proqnozlaşdırılandan çox azalıb | Banco.az

ABŞ-da sənaye istehsalı proqnozlaşdırılandan çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da sənaye istehsalı dekabr ayında 0,7 faiz azalıb.

Banco.az xəbər verir ki, bu barədə Federal Ehtiyat Sistemi (FED) məlumat yayıb.

Qeyd edək ki, iqtisadçılar 0,1 faiz azalma gözləyirdilər.

Daha ətraflı nəzər salsaq, görürük ki, ötən ay Amerikada emal sənayesində istehsal 1,3 faiz azalıb. Tutumlardan istifadə göstəricisi də 79,4-dən 78,8-ə düşüb.

Xatırladaq ki, ABŞ-ın istehsal sektoru zəif qlobal iqtisadi şərait, yüksək borclanma xərcləri və istehlak malları xərclərinin azalması da daxil olmaqla bir sıra problemlərlə mübarizə aparır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et