Tamara Mustafayeva, Banco.az
ABŞ-da sənaye istehsalı avqust ayında 0,2 faiz azalıb.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, FED-in məlumatına görə, ötən ay ABŞ-da sənaye istehsalı 0,2 faiz azalıb. Proqnozlar isə heç bir dəyişiklik olmayacağını göstərirdi.
'Dayanıqlı' şirkət investisiyaları nəticəsində emal sənayesi istehsalı 0,1 faiz olmaqla ardıcıl ikinci ayda da artıb. Proqnozlar 0,1 faiz azalma olacağına işarə edirdi.
Avtomobil sənayesi göstəricilərinin istisna edildiyi sənaye istehsalında isə 0,2 faiz artım müşahidə olunub. Tutumlardan istifadə 80,3 faizdən 80 faizə düşüb.
Qeyd edək ki, ölkədə daxili tələb güclü olsa da, istehsalçılara istehlakçı davranışındakı dəyişiklik mənfi təsir göstərir. Avropadakı enerji böhranı, Çin iqtisadiyyatının geriləməsi və dolların bahalaşması kimi təsirlərə görə xarici tələb də risk altındadır.
Bizi sosial şəbəkələrdən izləyin!!
