Müəllif:Mehin Qasımova/Banco.az
Rekord şist qazı hasilatı və tələbatın azalması fonunda ABŞ-da təbii qazın qiyməti otuz ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşrin məlumatına görə, Henry Hub birjasında martda qaz tədarükü üzrə müqavilələr 1 milyon Btu üçün 1,58 dollar qiymətinə bağlanıb. Bu, 1995-ci ildən bəri minimum qiymətdir.
Analitiklər hesab edir ki, havaların isti keçməsi ilə əlaqədar yanacağa tələbatın azalması fonunda təbii qazın qiyməti aşağı düşür.
Bundan əlavə, qazın qiymətinə yanacağın istehsalının artması da təsir edir. Bu il qaz anbarlarının doluluğu ötən illə müqayisədə 11 faiz çoxdur.
Qeyd edək ki, Avropada da təbii qazın qiymətində eniş qeydə alınıb. Dəyərin azalmasına yaxın günlərdə temperaturun yüksələcəyi gözləntiləri və anbarda ehtiyatların yüksək səviyyədə davam etməsi təsir göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!