ABŞ-da "Qara cümə" kampaniyalarında onlayn satış rekordu qırılıb | Banco.az

ABŞ-da "Qara cümə" kampaniyalarında onlayn satış rekordu qırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il ABŞ-da cümə kampaniyaları zamanı zamanı 9,8 milyard dollarlıq onlayn satış rekordu əldə edilib.

Banco.az xəbər verir ki, bazarların diqqəti sərtləşmə dövründən sonra ABŞ iqtisadiyyatının necə soyuyacağına yönəldiyi əsnada, istehlak sektorunda canlanma müşahidə edilməkdədir.

“Adobe Analytics”in məlumatlarına görə, ABŞ-da istehlakçılar cümə günü kampaniyalarına onlayn olaraq rekord məbləğdə - 9,8 milyard dollar xərcləyiblər. Bu, bayram mövsümü üçün zəif satış proqnozları ilə üzləşən pərakəndə satıcılar üçün müsbət işarədir.

Elektronika, smart saatlar, televizorlar və audio avadanlıqlara tələbat ötən illə müqayisədə günün onlayn satışlarının 7,5 faiz artmasına kömək edib.

İstehlakçılar Şükran günündən əvvəlki həftə ilə müqayisədə 72 faiz artan “indi al, sonra ödə” kampaniyalarına müraciət edərək büdcələrini genişləndiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu ilki bayram alış-verişi pandemiya dövründəki qənaət tədbirlərinin azalması və faiz dərəcələrinin ötən 20 ilin ən yüksək səviyyəsində qalması səbəbindən ABŞ istehlakçılarının gücünün göstəricisi idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et