ABŞ-da "Qara Cümə" çılğınlığı bu il müşahidə olunmayıb | Banco.az

ABŞ-da "Qara Cümə" çılğınlığı bu il müşahidə olunmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da illərdir görməyə adət etdiyimiz alış-veriş çılğınlığı bu il müşahidə olunmayıb.

Banco.az xəbər verir ki, hər il noyabr ayının sonuncu həftəsinə təsadüf edən “Qara Cümə” (Black Friday) hadisəsi müxtəlif ölkələrdə insanların alış-veriş məkanlarına axın etməsi ilə müşayiət olunur. Ancaq “Qara Cümə”nin başlanğıc nöqtəsi olan ABŞ-da bu il gözlənilən izdiham yaşanmayıb.

Pərakəndə nəhəngi “Walmart”ın filialları dünən sakit bir gün keçirib. ABŞ-ın iki fərqli bölgəsinə gedən müxbirlər səhər saatlarında Nyu-York və Kaliforniyadakı “Walmart” filiallarından görüntülər yayımlayıblar. Gözlənilənlərin əksinə olaraq hər iki mağazanın kifayət qədər sakit olduğu diqqət çəkib.

Nyu Yorkda ən çox izdiham texnologiya və oyuncaq şöbələrində, Kaliforniyada isə texnologiya və bayram məhsullarının satıldığı stendlərdə yaşanıb. Lakin bu sıxlığın əvvəlki illərlə müqayisədə çox aşağı olduğu qeyd edilib. Xəbərlərdə 'Qara Cümə' çılğınlığının artıq populyarlığını itirdiyi deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et