ABŞ-da pərakəndə satışlar may ayında artıb | Banco.az

ABŞ-da pərakəndə satışlar may ayında artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da pərakəndə satışlar ötən ay proqnozlardan aşağı artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatına görə, sözügedən dövrdə pərakəndə satışlar 0,4 faiz artıb. Proqnozlar isə 0,8 faiz artım istiqamətində idi.

Ölkədə avtomobil satışları istisna olmaqla pərakəndə satışlar 0,6 faiz artım göstərib ki, iqtisadçılar 0,2 faiz artım gözləyirdilər. Qeyd edilib ki, ötən ay 13 pərakəndə satış kateqoriyasından 7-sində artım reallaşıb.

Xatırladaq ki, istehlak xərclərinin əksəriyyətini təşkil edən pərakəndə satışlar ölkə iqtisadiyyatının gücünə dair mühüm siqnallar verir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et