ABŞ-da pərakəndə satışlar gözləniləndən çox artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-da pərakəndə satışlar gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında ABŞ-da pərakəndə satışlar artıb.

Banco.az xəbər verir ki, ABŞ-da pərakəndə satışlar oktyabrda aylıq müqayisədə 0,4 faiz artaraq bazar proqnozlarını üstələyib.

ABŞ Ticarət Nazirliyi oktyabr ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb.

Buna görə, pərakəndə satışlar oktyabr ayında əvvəlki aya görə 0,4 faiz artaraq 718,9 milyard dollar olaraq hesablanıb. 

Bazar proqnozları bu dövrdə pərakəndə satışların aylıq 0,3 faiz artacağı idi. Sentyabrda pərakəndə satışlar 0,8 faiz artmışdı.

Oktyabr ayında pərakəndə satışlar illik müqayisədə isə 2,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram