Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da pərakəndə satış həcmi gözləniləndən çox artıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2023-cü ilin dekabr ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, pərakəndə satışlar ötən ilin dekabr ayında əvvəlki aya görə 0,6 faiz artaraq 709,9 milyard dollara çatıb.
Ekspertlərin proqnozu bu dövrdə pərakəndə satışların aylıq 0,4 faiz artacağı istiqamətində idi.
ABŞ-da "tətil mövsümü" adlandırılan və noyabr və dekabr aylarını əhatə edən dövrün güclü şəkildə başa çatdığını göstərən pərakəndə satış məlumatları noyabr ayında 0,3 faiz artıma işarə edirdi.
Dekabrda ölkədə pərakəndə satışlar illik əsasda isə 5,6 faiz artıb. Noyabr ayında illi artım 4 faiz təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!