ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektorun məşğulluğu proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ADP Tədqiqat İnstitutunun Stenford Rəqəmsal İqtisadiyyat Laboratoriyası ilə birgə hazırladığı məlumatlara görə, ötən ay ABŞ-da özəl sektorda işləyənlərin sayı 324 min nəfər artıb.

İqtisadçıların orta hesablamaları bu artımın 190 min olacağını göstərirdi. 

Məşğulluq artımına 201 min nəfərlə əyləncə və qonaqlama sektoru başçılıq edir.

Xatırladaq ki, iyun ayında özəl sektorda işləyənlərin sayı 497 min nəfər artaraq 2022-ci ilin fevralından bəri ən yüksək artımı qeyd etmişdi.

Ölkədə əmək haqqı artımlarında isə azalma davam edib. Cari işlərini davam etdirən işçilərin aldığı əmək haqqı iyulda illik 6,2 faiz artıb. Bu, 2021-ci ilin noyabrından bəri ən zəif artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram