ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor üzrə məşğulluq 242 min nəfərlə proqnozlardan çox artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-da özəl sektor məşğulluğu fevral ayında 242 min nəfər artıb. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların orta hesablamasına görə, 200 min nəfər artım olmalı idi.

Kiçik sahibkarlıq müəssisələrində 61 min iş yeri itirildiyi halda, məşğulluğa ən böyük töhfəni orta sahibkarlıq müəssisələri verib. Pandemiyadan sonra problemlərlə üzləşən xidmət sektorunda da işə qəbul artıb.

Qeyd edək ki, açıqlanan məlumatlar FED-in inflyasiyanı azaltmaq üçün aqressiv sərtləşdirmə siyasətinə baxmayaraq, əmək bazarının güclü olaraq qaldığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et